Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Darmadağın edilmiş erməni ordusu bu məğlubiyyətinin də acısını çox çəkəcək

0

  •      Qafqaz regionunda yalnız öz işğalçılıq siyasəti və təxribatları ilə tanınan Ermənistan hər fürsətdə bu reallığı doğruldur. 44-günlük zəfər qələbimizdə aldığı ağır zərbələrdən dərs almayanErmənistan öz acı məğlubiyyətini həzm edə bilmir. Artıq zəfərimizin ikinci ilinin astanasındaolmağımıza baxmayaraq Ermənistan nəinki imzalanan üçtərəfli bəyanatın şərtlərinə əməledir, hətta öz addımları ilə regionda yaşanan sülh prosesinin gedişatına maneə olur.Sentyabrın 12-dən 13 -ne keçən gecə ermənilər Azərbaycanın Laçın, Kəlbəcər, Gədəbəy, Daşkəsən, Zəngilanın sərhəd istiqamətlərində genişmiqyaslı təxribatlar törədiblər. Ermənilərinbu təxribatlarını qarşısının alınması məqsədilə ordumuz tərəfindən görülən təxirəsalınmaztədbirlər nəticəsində döyüş toqquşması baş verib. Düşmənin bu təxribatları nəticəsində ordumuzun 71 hərbi qulluqçusu şəhid olub və iki mülkü şəxs yaralanıb. Ermənistan BMT-nin Beynəlxalq hüquq və normaları çərçivəsində tanınan Azərbaycan sərhədlərində etdikləri bu təxribatlarla BMT -nin qəbul etdiyi qətnamələrinə məhəl qoymadıqlarını, beynəlxalq hüquq vənormaları tanımadıqlarını bir daha sübut edirlər. Təxribatları törətməkdə Ermənistanın məqsədiüçtərəfli bəyanatın şərtlərin yerinə yetirməkdən boyun qaçırtmaq, və baş verən təxribatlarıAzərbaycan üzərindən göstərərək dünyanın Azərbaycana qarşı fikirlərində çaşqınlıqyaratmaqdı. Rəzalətli məğlubiyyətdən sonra ölkəsində qınaq obyektinə çevrilən, danışıqları iləəməlləri üst üstə düşməyən Nikol Paşinyan Brüsseldə keçirilən görüşdə sülh sazişi mətininmüzakirəsinə hazır olduğunu desə də, ancaq buna əməl etmir, əksinə olaraq yeni təxribatlarıntəşkilinə şərait yaradır. Təssüflər olsun ki, 30 ildə olduğu kimi bəzi təşkilatlar və dövlətlər isəikili standartlar üzərindən müraciət edir. Ali Baş Komandanımızın da qeyd etdiyi kimi başverənlərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.Azərbaycan ordusunun sınaqlardan layiqli çıxan gücü öz yerindədir və bu kimi təxribatlarınqarşını layiqincə alır. Bu gün Azərbaycan ordusu öz gücü ilə regionda tarix yazır, artıq xüsusiəhəmiyyət kəsb edən bəzi strateji mövqelər rəşadətli ordumuzun nəzarəti altına keçib.Darmadağın edilmiş erməni ordusu bu məğlubiyyətinin də acısını çox çəkəcək. Bu zəfəri ordumuzun sentyabr zəfəri adlandırmaq olar və bu zəfəri bizə yaşadan şəhidlərimizə Allahdanrəhmət diləyirik. Azərbaycanla müqayisə edilməz gücdə olan Ermənistan reallığı qəbul etməlivə ağır məğlubiyyətinin şərtlərinə tam tamına əməl etməlidir, əks halda bu onun sonu gətirəcək!Natəvan Quliyeva,Xocalı rayonundan məcburi köçkün
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib42 dəfə
    Darmadağın edilmiş erməni ordusu bu məğlubiyyətinin acısını çox çəkəcək

    Maraqlı gələ bilər
    29
    146
    39